“Barselona” 7 dəqiqəyə 3 qol vuraraq qalib gəldi

“Barselona” 7 dəqiqəyə 3 qol vuraraq qalib gəldi

LaLiqada 10-cu tura yekun vurulub. SİA xəbər verir ki, turun son matçında hazırda çempionatın ikincisi olan “Barselona” “Villareal”ı qəbul edib.

“Kamp Nou”da baş tutan qarşılaşma katalon klubu öncəki tur “El Klasiko”dakı məğlubiyyətinin acığını qonaqlardan çıxıb.

7 dəqiqəyə rəqibini 3 dəfə məyus edən ev sahibləri qarşılaşmadan mütləq üstünlüklə ayrılıblar- 3:0. Matçda dubl edən Levandovski komandasının qələbəsində böyük pay sahibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə