İspaniya futbol liqası klubları boykot etdiyi üçün dayandırıla bilər?
Oktyabrın 28-dən 2022/2023 mövsümünün futbol üzrə İspaniya çempionatı dayandırıla bilər. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,La Liqa və Sequnda klubları yeni idman qanunundan narazıdır və milli yarışları boykot etməyə hazırdırlar.
Verilən məlumatına görə, La Liqa rəhbərliyi oktyabrın 27-də klubların növbədənkənar iclasını keçirəcək. O, yerli komandaların Avropa Superliqasında iştirakına icazə verən yeni qanuna görə İspaniya çempionatının boykot edilməsi ilə bağlı qərar verəcək.
Avropanın əksər hissəsinin rədd etdiyi İspaniya komandalarının Superliqada mümkün iştirakı səbəbindən La Liqanın 2 milyard avro dəyərində böyük investisiya fondu ilə razılaşması təhlükə altındadır. Bu səbəbdən klublar qanunvericilikdəki yeniliklərə qarşı çıxırlar.
...İspaniya mətbuatının məlumatına görə, 42 La Liqa və Sequnda komandasından 39-u qanunun yeni variantının əleyhinədir.
Xatırlada ki, qanuna yeni qəbul edilən dəyişiklikləri yalnız “Real Madrid”, “Barselona” və “Atletik2 dəstəkləyir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB