Ağdamda cüdo məşqçiləri üçün seminar keçirilib - FOTOLAR

Ağdamda cüdo məşqçiləri üçün seminar keçirilib - FOTOLAR

Ağdam Olimpiya İdman Kompleksində Qarabağ-Zəngəzur bölgəsindən olan məşqçilər üçün seminar təşkil olunub. Azərbaycan Cüdo Federasiyasından SİA-ya bildiriblər ki, seminar federasiyanın hakimlər heyətinin üzvü beynəlxalq dərəcəli “B” kateqoriyalı hakim Məhəmmədəli Quluzadə tərəfindən keçirilib. Seminarda cüdoçuların cərimə olunacağı hallara diqqət yetirilərək bununla bağlı ətraflı məlumat verilib.

Seminar zamanı iştirakçıları maraqlandıran suallar hakimlər tərəfindən cavablandırılıb, bir sıra fəndlər əyani şəkildə nümayiş olunub.

Azərbaycan Cüdo Federasiyası bundan sonra da region idmançılarının rəqabət qabiliyyətlərinin artırılması və regionlarda cüdonun daha da kütləviləşdirilməsi üçün müvafiq tədbirlərini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə