Güləşçimiz dünya çempionu oldu

Güləşçimiz dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, 60 kq-da yarışan idmançı qızıl medal uğrunda türkiyəli Kerem Kamalla qarşılaşıb. Rəqibinə 0:8 hesabı ilə uduzan Məmmədli gümüş medalla kifayətlənib.

***

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, 72 kq-da çıxış edən idmançı finalda xorvatiyalı Pavel Puklavetsə hesabı 8:2 ilə qalib gəlib.

Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan yığması mundialı 3 medalla başa vurub. Daha əvvəl Nihad Quluzadə (55 kq) və Nihad Məmmədli (60 kq) ikinci yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə