Levandovski Xavini və ya Xavi Levandovskini xilas edə biləcəkmi?
..."Real Madrid”ə uduzduqdan sonra Kataloniya rəhbərliyi mentoru (...təcrübəli mütəxəssisi-A.B.) dəyişmək barədə düşünsə də, deyilənlərə görə, ispaniyalını (...təbii ki, Xavi nəzərdə tutulur-A.B.) Levandovski xilas edəcək. Amma maraqlıdır, xilas edə biləcəkmi?
Bəzi iddialara görə,.. əslində, Xavinin məşqçi körpüsündə yerini qorumaq şansı azdır(?). Böyük ehtimalla onun yetirmələri Çempionlar Liqasının qrupunda üçüncü yerdə qalaraq Avropa Liqasına düşəcəklər. Ona görə də, Xavi təcili olaraq öz yanaşmasını dəyişməli və istefa verməmək üçün vəziyyəti düzəltməyə çalışmalıdır.
Qeyd edilməlidir ki, kataloniyalılar “Real Madrid”lə oyuna qədər keçirdiyi oyunlarda müdafiədə elə də bir problem yaşamamışdılar. Belə ki, kataloniyalılar doqquz oyunda cəmi bir qol buraxması hər şeyi deyirdi.
Təbii ki, bu futboldur və mütəxəssislərin iddiasına görə, bu gün kataloniyalıların daha çox ehtiyatı və qalib gəlmək şansı var.
...Bəzi iddialara görə, hazırda Robert Levandovski əla formadadır və unutmaq lazım deyil ki, bundan sonrakı oyunlarda Xavinin qələbələrə çox ehtiyacı var.
Amma, yenə də maraqlıdır, Levandovski Xavini və ya Xavi Levandovskini xilas edə biləcəkmi?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB