Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun qapıçısı Rövşən Hüseynli karyerasını Qazaxıstanda davam etdirəcək. Federasiyadan SİA-ya verilən məlumata görə, 31 yaşlı qolkiper "Atırau" klubuna keçib.
O, icarə əsasında sözügedən komandada çıxış edəcək.
Qeyd edək ki, Rövşən Hüseynli daha əvvəl Rusiya "Torpedo"sunun da formasını geyinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB