Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandasını gərgin oyunlar gözləyir. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən SİA-ya bildiriblər ki, yığma komanda 2023-cü il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində iştirak edəcək. Demək olar ki, bütün diqqət sözügedən yarışa hazırlıq üzərində cəmləşib. Çingiz Əzimovun rəhbərliyi ilə fəal sürətdə həyata keçirilən məşqlər əsasən taktiki-texniki istiqamətdə aparılır.
Xatırladaq ki, püşkatmanın nəticəsinə görə millimiz ilkin mərhələdə Portuqaliya komandası ilə qarşılaşacaq. Hər iki oyun rəqib meydanında keçiriləcək. Görüşlər noyabrın 3-ü və 5-də Paredes şəhərinin “Multiusos de Paredes” arenasında təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB