Super Liqanın 10-cu həftəsində "Fənərbağça" "Ankaragücü"nü 3:0 hesabı ilə məğlub edib. SİA xəbər verir ki, ötən həftə Fatih Karagümrük matçında "fənərbağça"lı azarkeşlərin fit reaksiyasına məruz qalan Altay Bayındır matçdan sonra verdiyi açıqlamada tənqidlərə bu sözlərlə cavab verib: "Hər şey həmişə istədiyiniz kimi getməyə də bilər. Ən böyük klublara baxanda ciddi karyeralı oyunçular da sadə səhvlərə yol verə bilər. Biz peşəkar oyunçularıq. Bəzən veriləcək ən yaxşı cavab susmaqdır. İşimə öz işimlə davam edirəm. Ümid edirəm ki, gələn həftə ardıcıllığı davam etdirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB