"Rahat qələbə kimi görünür, amma alınmadı" - Xorxe Jesus

"Rahat qələbə kimi görünür, amma alınmadı" - Xorxe Jesus

Superliqanın 10-cu həftəsində "Fənərbağça" səfərdə "Ankaragücü"nü 3:0 hesabı ilə məğlub edib. SİA xəbər verir ki, matçdan sonra təşkil edilən mətbuat konfransında çıxış edən "Fənərbağça"nın baş məşqçisi Xorxe Jesus bunları deyib: "3:0 hesabına baxanda rahat görünür, amma rahat deyildi. İlk yarım saat balanslı keçdi. Əslində, bizi öz yarımıza həbs etdilər. Təşkilatçılığımız yaxşı idi. Set topundan və əks-hücumdan 2-0 aldıq, bu da bizə psixoloji və taktiki rahatlıq verdi".

Futbolçularından çox şey tələb edən məşqçi olduğunu bildirən Jesus, "Texnika və taktika baxımından hər zaman ən yaxşısını istəyirəm. Ehtiyat oyunçular skamyasında zaman-zaman əsəbi görünə bilirəm. Texniki səhvlər olanda əsəbiləşə bilirəm. Mövqe səhvləri olur. Mən həmişə oyunçularımın taktiki cəhətdən daha yaxşı olmasını istəyirəm. Onlar məni daha yaxşı tanıdıqca, istədiklərimi daha yaxşı həyata keçirməyə başlayırlar”. ifadələrindən istifadə edib.

Ona göstərdikləri sevgiyə görə azarkeşlərə təşəkkür edən Jesus, "Əsl azarkeşlər, "fənərbağça"lılar qalib gəlsə də, uduzsa da komandasının yanındadır. Azarkeşlərimizdən xahiş edirəm ki, həftə sonu Altay Bayındırı tribunalara çağırıb ona dəstək olsunlar" dedi.

Bütün xəbərlər Facebook səhifəmizdə