Güləşçimiz finalda

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında finala yüksəlib.

SİA Qol.az-a istinadən xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan idmançı finala gedən yolda ötən il böyüklər arasında dünya çempionu olmuş yaponiyalı Ken Matsuiyə 8:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, N.Quluzadə 1/4 finaldan mübarizəyə başlayıb və həmin mərhələdə Giorgi Toxadzeni (Gürcüstan) 9:7 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə