Bazar günü axşam İspaniya çempionatının IX turunda “Real Madrid” “Barselona” ilə qarşılaşacaq.
SİA-nın əldə etdiyi məlumata görə, Madrid komandasının baş məşqçisi Karlo Ançelotti ilk dəqiqələrdən aşağıdakı futbolçuları meydana buraxmaq qərarına gəlib: Lunin, Karvaxal, Militao, Alaba, Mendi, Çuameni, Kroos, Modriç, Valverde, Vinisius Junior, Benzema. Qapıçı Tibo Kurtua səhhətində yaranan problemdən sonra forma almağa vaxt tapmayıb. Çempionlar Liqasının "Şaxtyor"la oyunundan sonra alnına tikiş vurulan müdafiəçi Antonio Rüdiger "El Klassiko"ya ehtiyat oyunçular skamyasında başlayacaq.
Xatırladaq ki, “Real Madrid” “Barselona” döyüşü Moskva vaxtı ilə saat 18:15-də başlayacaq.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB