Şahmatçılarımız liderliklərini davam etdirirlər

Şahmatçılarımız liderliklərini davam etdirirlər

İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı davam edir. SİA xəbər verir ki, turniri davam etdirən şahmatçılarımız Gövhər Beydullayeva (4,5 xal) beşinci turda qələbə qazanıb, Abdulla Qədimbəylinin (4 xal) oyunu isə heç-heçə ilə başa çatıb. Komandamızın digər üzvləri - Ləman Hacıyeva daha bir qələbə qazanaraq xallarının sayını 3-ə çatdırıb, Məhəmməd Muradlı isə məğlub olub. Onun aktivində 2 xal var.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 raunddan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə