"Tottenhem" "Everton"u məğlub etdi

"Tottenhem" "Everton"u məğlub etdi

"Tottenhem" İngiltərə Premyer Liqasının 10-cu turunda "Everton"la qarşılaşıb. SİA xəbər verir ki, matç London təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 59-cu dəqiqədə penaltini dəqiq yerinə yetirməklə Harri Keyn açıb. Pyer-Emil Heybyerq 86-cı dəqiqədə son nöqtəni qoyub.

Qeyd edək ki, "Tottenhem" hazırda turnir cədvəlində 23 xalla 3-cü, "Everton" isə 10 xalla 14-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə