“Barselona” ilə oyunda heç nə uydurmaq fikrində deyiləm”

“Barselona” ilə oyunda heç nə uydurmaq fikrində deyiləm”

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Barselona" ilə oktyabrın 16-da baş tutacaq El Klasiko ərəfəsini şərh edib. “Barselona"ya qarşı heç nə uydurmaq fikrində deyiləm

SİA bu barədə rus saytlarına istinad edir.

“...Hər zamankı kimi oyuna hazırlaşırıq. İki böyük klub qarşılaşacaq. Klassiko xüsusi matçdır, lakin biz hər kəs kimi buna hazırlaşırıq. Mən heç nə icad etmək istəmirəm, heç vaxt da etməmişəm. Futbolda ixtiraçılar yoxdur. Keçən mövsüm bir şey icad etməyə çalışırdım və vuruldum. Rəqibimiz meydanda nə etmək lazım olduğunu aydın təsəvvür edən komandadır. Bu yüksək səviyyəli oyundur. Biz özümüzü düşünüb qalib gəlməyə çalışmalıyıq. Əla mövsüm keçirmək üçün resurslarımız var”.

Qeyd edək ki, bunları “Mundo Deportivo” Ançelottidən sitat gətirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə