Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi münasibətilə Partiyanın və YAP Gənclər Birliyinin təşkilatçılığı ilə 18-30 yaşlılardan ibarət Bakının Nəsimi, Nərimanov, Yasamal, Qaradağ, Səbail və Binəqədi rayonlarından olan komandaların iştirakı ilə minifutbol turnirinə start verilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, YAP Nəsimi rayon təşkilatından verilən məlumata görə, Azərbaycan Texniki Universitetinin idman zalında baş tutan tədbirdə öncə Yeni Azərbaycan Partiyasının qurucusu olan ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Turnirin ilk görüşündə Nəsimi rayonu və Səbail rayonlarının komandaları qarşılaşıb. Nəsimi rayonunun təmsilçisi 4-0 hesabı ilə qalib gələrək növbəti mərhələyə keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB