"Real Madrid”in hücumçusu Kərim Benzema “Mançester Yunayted”in heyətinə qoşula bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “El Nacional” məlumat yayıb.
Mənbənin sözlərinə görə, futbolçunun özü “qaymaqlılar”la əmək müqaviləsi uzadılmayacağı təqdirdə karyerasını davam etdirmək üçün belə variantın nəzərdən keçirilməsinin əleyhinə deyil.
Eyni zamanda fransalı üçün prioritetin “Real Madrid”lə müqaviləni uzatmaq olduğu qeyd edilir.
Xatırladaq ki, 34 yaşlı Benzema 2009-cu ildən “Real Madrid”in şərəfini qoruyur.
Bu mövsüm hücumçu bütün turnirlərdə doqquz matçda dörd qol vurub və bir məhsuldar ötürmə edib. Onu da qeyd edək ki, futbolçunun klubla hazırkı əmək müqaviləsi 2023-cü ilin yayında başa çatır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB