“Mançester Siti”nin futbolçusu Erlinq Haaland azarkeşlər tərəfindən sentyabr ayı üçün Premyer Liqanın ən yaxşı oyunçusu seçilib. SİA xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Ötən ay norveçli forvard turnirin 2 oyununda iştirak edib. O, bu matçların hər birində qol vurub. "Şəhərlilər" onun vurduğu qollar sayəsində "Aston Villa" ilə heç-heçə ediblər (1:1), "Vulverhempton"a isə qalib gəliblər (3:0). Haaland İngiltərə çempionatında ümumilikdə 9 oyunda 15 qol vurub və 3 qolun ötürməsini verib.
Qeyd edək ki, Haaland "Mançester Siti"yə bu ilin yayında Dortmund "Borussiya"sından keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB