Həftəsonu İngiltərə Premyer Liqasında "Liverpul"u qəbul edəcək "Mançester Siti" Fil Fodenlə müqaviləni yeniləyib. SİA xəbər verir ki, Foden klubun saytına açıqlamasında "Xoşbəxtliyimi sözlə ifadə etmək çətindir. Mən bütün həyatım boyu "Mançester Siti"nin fanatı olmuşam. Bu klubu sevirəm və 2027-ci ilə qədər onun bir parçası olduğum üçün çox xoşbəxtəm" deyib.
“Mançester Siti”nin infrastrukturunda böyüyən Fil Foden 182 oyunda 52 qol vurub, 36 məhsuldar ötürmə edib. Burada 4 Premyer Liqa, 2 İngiltərə Liqa Kuboku qazanan Foden iki dəfə Premyer Liqada "Mövsümün ən yaxşı gənc futbolçusu" mükafatına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB