“Keçəl Həsən, Həsən keçəl, nə fərqi?”

“Keçəl Həsən, Həsən keçəl, nə fərqi?”

...Bu arada Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov özünün Teleqram kanalında Moskvada çağırışçılara qarşı kütləvi basqınlar barədə xəbərlərə münasibət bildirib.

Onun sözlərinə görə, guya paytaxtda heç bir xüsusi tədbir keçirilmir. SİA bu barədə rus saytlarına istinad edir.

Maraqlıdır, bəs onda kimə inanasan? Gərək ki, bir müddət bundan əvvəl istefa adı altında hərbdən uzaqlaşdıran Kartapolov istefada olduğu dövrdə rəisi olmuş Şoyqudan tutmuş kimlərə qədər...yüksək rütbəli hərbçini rüşvətxorluqda ittiham etmişdi. O, rus hərbində baş alıb gedən rəzalətdən, özbaşnalıqdan xeyli açıqlamalar vermişdi. Bəs, indi görən nə oldu?

...Bu gün...sabiq hərbçi paytaxtda planlı, müntəzəm axtarış tədbirləri aparıldığını istisna etmir.

Amma onun dediyinə görə, bu axtarışların ancaq çağırışdan yayınanlara hesablandığını bildirib.

“...Vurğulayıram ki, bu vəziyyətdə paytaxtın hərbi komissarlıqları və hüquq-mühafizə orqanlarının əməkdaşları sırf hüquqi sahədə fəaliyyət göstərirlər. Amma Moskvada basqınlar bir yana qalsın, xüsusi tədbirlər də yoxdur”.

Bunu da Kartapolov bildirib.

...Bizlərdə buna gərək ki, belə deyirlər də... keçəl Həsən, Həsən keçəl, nə fərqi?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə