Azərbaycan avarçəkənləri Gürcüstandan 4 medalla qayıdırlar

Azərbaycan avarçəkənləri Gürcüstandan 4 medalla qayıdırlar

Gürcüstanın Mtsxeta şəhərində avarçəkmənin kayak və kanoe növləri üzrə açıq birincilik keçirilib.

SİA Matç.az-a istinadən xəbər verir ki, təşkilatçı ölkə ilə yanaşı, Azərbaycan və Ermənistan komandalarının iştirak etdiyi turnirdə ümumilikdə 50 idmançı mübarizə aparıb.

Ölkəni bu yarışda məşqçi Mirnazim Cavadovun rəhbərliyi ilə 5 gənc avarçəkən təmsil edib. Ceyhun Vəlixanov və Rüfət Rəhimov 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşlərdə yarışı mükafatçılar sırasında başa vurub. Hər iki idmançı gümüş medala sahib çıxıb.

Həmçinin, Elmir Məmmədov 1 nəfərlik kanoe qayığında 200 metr məsafədə, Ramil Mustafayev və Rüfət Rəhimov isə 2 nəfərlik kayak qayığında 200 metr məsafədə ikinci yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə