“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti qapıçı Tibo Kurtuanın El Klasikoda iştirak edəcəyini tam etiraf edib.
SİA xatırladır ki, “kral klubu” – “Barselona” matçı bu bazar günü keçiriləcək. “Kurtua bu gün yaxşı məşq etdi, yaxşı hisslər keçirdi. Sabah daha bir sınaq keçirəcəyik, bundan sonra onun “Barselona” ilə matçda iştirak edib-etməyəcəyi bəlli olacaq”, - Ançelotti mətbuat konfransında deyib.
Xatırladaq ki, bir müddət əvvəl Kurtuanın “Barselona” ilə oyunda sağalmağa vaxtının olmadığı bildirilirdi.
Onu da qeyd edək ki, oyunun qalibi İspaniya çempionatının vahid lideri olacaq.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB