""Qarabağ" baxımlı oyun sərgiləyir" - Miçel Qonsales

""Qarabağ" baxımlı oyun sərgiləyir" - Miçel Qonsales

"Oyunçularımı təbrik edirəm. Belə gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil". SİA-nın məlumatına görə, bunu Yunanıstanın "Olimpiakos" komandasının baş məşqçisi Miçel Qonsales Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis gələcəyə ümidli baxdıqlarını bildirib: "Komandadakı durumu görürsünüz. Bu vəziyyətdən birlikdə çıxmağa çalışacağıq. Həmişə tribunalar dolu olanda zövq alıram. "Qarabağ" baxımlı oyun sərgiləyir. Yəqin ki, azarkeşlər də bundan zövq alırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə