"Qarabağ" klubunun üzvü Marko Veşoviçin Rusiya klublarından birinə keçəcəyi deyilir.
SİA-nın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov monteneqrolu müdafiəçinin klubla müqaviləsinin olduğunu xatırladıb:
"Normal haldır. Xeyli futbolçularımıza dəfələrlə belə təkliflər olub. Veşoviçin bizimlə müqaviləsi var. Müqavilənin yenilənməsinə qarşıdakı aylarda baxılacaq. Hələ ki, narahat olmağa bir şey yoxdur".
Qeyd edək ki, Veşoviçin "Qarabağ"la müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB