Simeonedən gələcəyi ilə bağlı açıqlama

Simeonedən gələcəyi ilə bağlı açıqlama

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone gələcəyi ilə bağlı danışıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis Madrid klubundan ayrılmaq fikrində olmadığını bildirib: "Mən "Atletiko"dan heç yerə getmirəm, buradayam. Hiss edirəm ki, həmişə olduğu kimi eyni dəstəyə sahibəm. Bu yaxınlarda məndən özümü başqa yerdə görə biləcəyimi soruşdular... Cavabım belə oldu: "Xeyr, qətiyyən".

Qeyd edək ki, "Atletiko" La Liqada hazırda 16 xalla 4-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə