"Qalatasaray" yay transfer pəncərəsində Mauro İkardi, Xuan Mata, Serxio Oliveyra və Torreyra ilə yanaşı Dris Mertensi də heyətinə qatıb. SİA xəbər verir ki, "Napoli" ilə müqaviləsi başa çatdıqdan sonra "sarı-qırmızılar"la anlaşan belçikalı futbolçu avqustun 8-də 1+1 illik müqavilə imzalayıb. Bu transferdən sonra "Qalatasaray" azarkeşləri də həyəcanlanıb, lakin belçikalı ulduz indiyə qədərki performansı ilə gözləntilərin altında qalıb.
Liqada indiyədək 7 oyunda 442 dəqiqə meydanda olan Mertens qol və məhsuldar ötürmə verə bilməyib. Mertensin bu çıxışı İtaliya mətbuatında geniş əks-səda doğursa da, belçikalı futbolçunun "Qalatasaray"a uyğunlaşa bilmədiyi vurğulanıb.
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk isə Mertensdən daha çox məhsuldarlıq əldə etmək üçün futbolçunun bölgəsini dəyişməyə qərar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB