Dübuanın zədəsindən sonra bu mövsüm "Qalatasaray"da oynamaq şansı qazanan Sacha Boey göstərdiyi performansla "sarı-qırmızılılar"ın vazkeçilməzi olub. SİA xəbər verir ki, fransız sağ cinah müdafiəçisinin yüksələn performansı Avropanın aparıcı komandalarının diqqətini çəkərkən, İspaniya nəhəngi "Real Madrid" Boeyi transfer siyahısına əlavə edib.
İspaniya mətbuatı da Karvaxaldan gözlənilən nəticəni ala bilməyən "Real Madrid" üçün Sacha Boeyin doğru seçim olacağını vurğulayıb. İspanlar "Real Madrid" rəsmilərinin Sacha Boeyi tribunadan izlədiyini vurğulasa da, fransız sağ cinah müdafiəçisinin son matçda göstərdiyi performansla müşahidəçiləri məftun etdiyi vurğulanıb. "Real Madrid" rəsmilərinin fasiləyə qədər Sacha Boeyi izləyəcəyi və yanvarda "Qalatasaray"a təklif verə biləcəyi də iddia edilib. 22 yaşlı futbolçu ilə "Liverpul" da maraqlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB