Türkiyənin Qadın Voleybol Milli Komandası Dünya Çempionatının 1/4 finalında Amerika Birləşmiş Ştatlarına 3:0 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. SİA xəbər verir ki, Polşanın Qlivitse şəhərində keçirilən görüşdə “Şəbəkə sultanları” Amerika Birləşmiş Ştatları ilə üz-üzə gəlib. Birinci setdə 25-22, ikinci setdə isə 25-15 hesabı ilə uduzan Qadın Voleybol Milli Komandası üçüncü setdə rəqibinə 25-20 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
"Şəbəkə sultanları" turnirdə B qrupunu lider olaraq tamamlayıb və son 16-ya yüksəlib və F qrupunda yer alıb. Qadınlardan ibarət Milli Voleybol Komandası son 16 turda ABŞ ilə qarşılaşıb və rəqibinə 3-1 hesabı ilə uduzub. Dünya Çempionatının yarımfinal oyunları oktyabrın 13-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB