Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirəcək. SİA-nın məlumatına görə, Joze Alesionun baş məşqçi olduğu komanda VI qrupda Yunanıstanın qonağı olacaq.
Afinadakı qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Görüşü Ademir Avdiçin başçılıq etdiyi isveçli hakimlər idarə edəcək.
Azərbaycan yığması ötən tur Polşanı 4:3 hesabı ilə məğlub edib. Yunanıstan isə eyni rəqibə 3 cavabsız qolla yenilib.
Dünya çempionatı, seçmə mərhələ
11 oktyabr
19:00. Yunanıstan - Azərbaycan
Baş hakim: Ademir Avdiç (İsveç)
Afina.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB