Trabzonda qol səsi yoxdur

Superliqanın 9-cu həftəsində “Trabzonspor” və “Kasımpaşa” komandaları üz-üzə gəlib. SİA xəbər verir ki, Şenol Günəş İdman Kompleksində oynanılan mübarizə başlayan kimi 0:0 hesablı bərabərliklə yekunlaşıb. Bu nəticədən sonra xalını 17-yə yüksəldən "Trabzonspor" həftəni 7-ci pillədə qapayıb. Xala 13-ə yüksələn "Kasımpaşa" 9-cu pillədə qərarlaşıb.

Superliqanın 10-cu həftəsində “Trabzonspor” səfərdə “Beşiktaş”la, "Kasımpaşa" isə “Adana Dəmirspor”u qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə