"Ştutqart"ın baş məşqçisi istefaya göndərilib

"Ştutqart"ın baş məşqçisi istefaya göndərilib

2019-cu ilin dekabrında "Ştutqart"da vəzifəsinə başlayan və 100 oyunda komandaya rəhbərlik edən 44 yaşlı Matarazzonun qovulduğu bildirilib. SİA xəbər verir ki, Matarazzonun varisi ilə bağlı hələlik qərarın verilmədiyi paylaşılıb. "Ştutqart" prezidenti Alexander Vehrle, komandanın Bundesliqaya yüksəlməsində böyük əməyi olan və iki dəfə aşağı liqada qalma qərarının çətin olduğunu, lakin son dövrdəki mənfi nəticələrdən sonra məşqçi dəyişikliyinə ehtiyac duyulduğuna diqqət çəkib. Bundesliqanın 9-cu həftəsində dünən lider "Union Berlin"ə 1:0 hesabı ilə uduzan "Ştutqart" hələ liqanın qalibi olmayıb. “Ştutqart” 5 xalla 17-ci yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə