"Barselona" "Selta"nı məğlub etdi

"Barselona" "Selta"nı məğlub etdi

"Barselona" La Liqanın 8-ci turunda "Selta"nı qəbul edib. SİA xəbər verir ki, matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 17-ci dəqiqədə Pedri vurub.

"Barselona" - "Selta" - 1:0
Qol: Pedri, 17

Bu nəticədən sonra xalını 22-yə çatdıran Kataloniya təmsilçisi turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Real" 22 xalla 2-ci, "Atletik" 17 xalla 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə