2-ci dəfə dünya çempionu olub

"Formula 1" üzrə Yaponiya Qran-prisinin qalibi bəlli olub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, "Red Bull"dan Maks Ferstappen bütün rəqiblərini qabaqlayaraq, finişə birinci çatıb. Niderlandlı pilot bununla da karyerasında 2-ci dəfə dünya çempionu olub.

Ferstappen 2021-ci ildə də "Formula 1" üzrə dünya çempionu adını qazanıb.

Qeyd edək ki, mövsümün növbəti yarışı oktyabrın 23-də ABŞ-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə