Azərbaycanın daha 2 cüdoçusu medalsız qalıb

Azərbaycanın daha 2 cüdoçusu medalsız qalıb

Azərbaycan cüdoçusu Səid Mollayi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb. SİA-nın məlumatına görə, 81 kq-da yer alan idmançı Avstriyanı təmsil edən Şamil Borçaşvili ilə qarşılaşıb. Rəqibinə ipponla uduzan Mollayi 5-ci yerlə kifayətlənib.

Bu gün tatami üzərinə çıxmış digər Azərbaycan təmsilçisi Elcan Hacıyev (81 kq) ilk görüşündəcə uduzaraq, mundialla vidalaşıb.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə