Alonso “Real Madrid”in baş məşqçisi olacaq?

Alonso “Real Madrid”in baş məşqçisi olacaq?

“El National” xəbər verir ki, “Real Madrid”in keçmiş yarımmüdafiəçisi Xabi Alonso 2024/25 mövsümündən əvvəl Madrid klubuna baş məşqçilik edə bilər.

Mənbənin məlumatına görə, hazırkı baş məşqçi Karlo Ançelottinin 2024-cü ilin yayında komandadan ayrılacağı ehtimal edilir. “Real Madrid” rəhbərliyi Alonsonu bu posta iddialılardan biri hesab edir.

Nəşr onu da qeyd edir ki, Alonsonun təyinatından sonra Madrid klubu “Mançester Siti”nin hücumçusu Erlinq Haaland və “Palmeyras”ın hücumçusu Andrik Felipeni almağa çalışacaq.

SİA xəbər verir ki, Alonso 2009-2014-cü illərdə “Real Madrid”də çıxış edib. 40 yaşlı ispaniyalı komanda ilə birlikdə ölkə çempionu, Çempionlar Liqasının qalibi və UEFA Superkubokunun qalibi olub.

Keçmiş futbolçu bu həftə rusiyalı Andrey Lunevin əvvəllər oynadığı Leverkuzen “Bayer” klubuna rəhbərlik edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə