İtaliya mətbuatı mövsümün əvvəlində "Arsenal"dan "Qalatasaray"a transfer olunan Lukas Torreyranın "Fiorentina"ya qayıtmaq istədiyini iddia edib. SİA xəbər verir ki, ölkənin bir çox mətbuat orqanı, xüsusən də “footbal.italia” uruqvaylı futbolçunun Florensiyada ev aldığını və bir gün "Fiorentina"ya qayıtmağı xəyal etdiyini yazıb. Xəbərlərdə, "O, "Qalatasaray"ı daha çox bir pilləkən kimi görür və tezliklə "Fiorentina"ya qayıtmaq arzusundadır", -deyə, bildirilir.
Torreyranın 6 milyon avroluq transfer əvəzi ilə "Qalatasaray"a transfer olunduğu vurğulanıb və "Sarı-qırmızılar"la "Fiorentina" arasında transfer danışıqlarının aparılmadığı vurğulanıb. Xəbərin məzmununda, “Lakin qarşıdan gələn aylarda hər şey dəyişə bilər”- fikri yer alıb.
Uruqvaylı yarımmüdafiəçi ötən mövsüm icarə əsasında çıxış etdiyi "Florensiya" komandasında 35 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB