Bu gün Türkiyənin A Milli Futbol Komandasının da yer alacağı 2024-cü il Avropa Çempionatının (AVRO 2024) seçmə mərhələsinin qrup püşkatma mərasimi keçiriləcək. SİA xəbər verir ki, AVRO-2024-ə ev sahibliyi edəcək Almaniyanın Frankfurt şəhərindəki "Festhalle" Sərgi Mərkəzində keçiriləcək püşkatma mərasimi saat 13.00-da başlayacaq.
53 ölkənin qatılacağı seçmə mərhələlərdə 10 qrup iştirak edəcək. Bu qrupların 7-də 5, 3-də isə 6 komanda olacaq. Qarşılaşmalardan sonra qrup liderləri və ikinci yerləri tutanlar finalda mübarizə aparmaq hüququ qazanacaqlar. Finala vəsiqə qazanacaq digər 3 komanda 2024-cü ilin martında keçiriləcək UEFA Millətlər Liqasının pley-off oyunlarından sonra müəyyənləşəcək.
Rusiya ilə Ukrayna arasında davam edən müharibə səbəbindən Rusiya seçmə mərhələlərdə iştirak edə bilməyəcək. Turnirin təşkilatçısı Almaniya seçmə mərhələ oyunlarından əvvəl AVRO-2024-ə vəsiqə əldə edəcək. Türkiyə püşkatma mərasiminə 4-cü torbadan qatılacaq. Seçmə mərhələ oyunları 23-25 mart 2023-cü il tarixlərində başlayacaq və 19-21 noyabr 2023-cü il tarixlərində keçən həftənin mübarizələri ilə yekunlaşacaq. Almaniyanın ev sahibliyi edəcəyi final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB