"Real Madrid" futbol üzrə İspaniya çempionatının VIII turunun matçında "Xetafe" üzərində minimal hesablı qələbə qazanıb - 1:0. SİA xəbər verir ki, yeganə qolu matçın 4-cü dəqiqəsində müdafiəçi Eder Militao vurub.
O, yarımmüdafiəçi Luka Modriçin ötürməsini qola çevirib.
Qeyd edək ki, xorvatiyalı 2003/04 mövsümündən bu günədək "Real Madrid"in La Liqada 50 məhsuldar ötürmə edən altıncı futbolçusu olub.
Bununla da "Real" 22 xal toplayaraq turnir cədvəlində lider olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB