"Mançester Siti"dən darmadağın, "Çelsi" və "Tottenhem"dən qələbə

"Mançester Siti"dən darmadağın, "Çelsi" və "Tottenhem"dən qələbə

İngiltərə Premyer Liqasında 10-cu tura start verilib. SİA xəbər verir ki, bu gün 5 oyun keçirilib. "Çelsi" "Vulverhempton"a 3:0, "Mançester Siti" "Sauthempton"a 4:0, "Tottenhem" "Brayton"a 1:0 hesabı ilə qalib gəlib.

Turun digər matçları sabah keçiriləcək.

Qeyd edək ki, turnir cədvəlinə 23 xalla (9 oyun) "Mançester Siti" başçılıq edir. "Arsenal" 21 xalla (8 oyun) 2-ci, "Tottenhem" 20 xalla 3-cü (9 oyun), "Çelsi" 16 xalla 4-cü (8 oyun), "Nyukasl" 14 xalla (9 oyun) 5-cidir.

8 oktyabr

"Bornmut" - "Lester" - 2:1
Qollar: Bilinq, 68, Kristie, 71 - Daka, 10

"Çelsi"- "Vulverhempton" - 3:0
Qollar: Haverts, 45+3, Pulişiç, 54, Broya, 89

"Mançester Siti" - "Sauthempton" - 4:0
Qollar: Kanselo, 20, Foden, 32, Mahrez, 49, Haaland, 65

"Nyukasl" - "Brentford" - 5:1
Qollar: Qumaraes, 21, 56, Merfi, 28, Almiron, 82, Pinnok, 90-avtoqol - Toney, 54-pen

"Brayton" - "Tottenhem" - 0:1
Qol: Keyn, 22

Bütün xəbərlər Facebook səhifəmizdə