"Atletiko Madrid” İspaniya futbol çempionatının 8-ci turunda “Jirona”nı 2:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, görüş Madriddəki “Civitas Metropolitano” stadionunda keçirilib.
SİA bu barədə rus saytlarına istinad edir.
...Beşinci dəqiqədə hesabı argentinalı hücumçu “matrasçı” Anxel Korrea açıb, ona Antuan Qrizmann köməklik edib. Hücumçu 48-ci dəqiqədə dubl edib. 66-cı dəqiqədə bir qolu “Jirona”nın yarımmüdafiəçisi Rodriqo Rikelme vurub.
Beləliklə, “Atletiko” İspaniya Liqasında səkkiz oyundan sonra 16 xalla dördüncü, “Jirona” isə 7 xalla 13-cü yerdədir. Növbəti matçda Dieqo Simeonenin yetirmələri Bilbaoda “Atletik”lə, “Jirona” isə həmin gün “Kadis”i qəbul edəcək.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB