“İnter” “Barselona"nın müdafiəçisini istəyir...

“İnter” “Barselona"nın müdafiəçisini istəyir...

“Barselona"nın müdafiəçisi Aleks Balde karyerasını “İnter”də davam etdirə bilər. “El Nacional” xəbər verir ki, İtaliya klubu 18 yaşlı İspaniya gənclər komandasının oyunçusu üçün 30 milyon avro təklif etməyə hazırdır.

Qeyd edək ki, bu mövsüm Balde mavi qranatın əsas komandasında debüt edib. İspaniya çempionatının və Çempionlar Liqasının yeddi oyununda müdafiəçi üç məhsuldar ötürmə edib. Xatırladaq ki, tərəflər arasında müqavilənin müddəti 2024-cü ildə başa çatır.

Onu da qeyd edək ki, “Barselona” hazırda 19 xalla İspaniya Liqasında liderdir.

Kataloniyalılar həmçinin "Bavariya" (9), "İnter" (6) və "Viktoriya" (0) ilə Çempionlar Liqasının qrupunda üçüncüdürlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə