“Qalatasaray” transfer edəcək

"Qalatasaray" mövsümün əvvəlində "Beşiktaş"dan "Reyncers"ə transfer olunan Rıdvan Yılmazı siyahısına əlavə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, rəhbərliyin yanvarda transfer verməyi planlaşdırdığı bildirilir.

"Qalatasaray" çətin qarşılaşmalara baxmayaraq liqanın ilk 8 həftəsində 17 xal toplayıb. Amma sarı-qırmızılılar 3 daxili böhran səbəbiylə hələ də çətinlik çəkir.

Baş məşqçi Okan Buruk komanda daxilində bu problemə həll yollarını axtararkən, digər tərəfdən bəzi transfer planlarının da edildiyi öyrənilib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə