"Anti Super Liqa" müqaviləsi imzalandı

"Anti Super Liqa" müqaviləsi imzalandı

Uzun müddətdir Avropanın nəhəng klublarının yeni liqa formalaşdırmaq cəhdlərinin qarşısını almaq istəyən UEFA, Avropa Birliyi ilə "Anti Super Liqa" müqaviləsi imzalaıb. SİA xəbər verir ki, müqaviləni UEFA prezidenti Aleksander Çeferin və Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Marqaritis Şinas imzalayıb.

Tərəflər 2014-cü ildə başlayan əməkdaşlığı davam etdirmək qərarına gəliblər. Müqavilə Komissiya və UEFA-nın Avropa dəyərlərinə, elit və kütləvi idman arasında həmrəyliyə, idman ləyaqətinə, fiziki idmanın qorunmasına əsaslanır. Müqavilə həmçinin Avropa idman modelini qorumaq və gücləndirmək öhdəliyini bir daha təsdiqləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə