Bu dəfə çətin oyun gözlənilir...

Bu dəfə çətin oyun gözlənilir...

Futbol üzrə Rusiya yığması Qırğızıstan yığması ilə daha bir yoldaşlıq oyunu keçirə bilər. Oyun 2023-cü ildə baş tutmalıdır.

“Hər şey məşqçilərin cədvəlindən asılı olacaq. Nə qədər ki, şifahi razılıq var, matçın Moskvada, tarixlərə uyğun olaraq - fevralın sonunda, martın haradasa ortalarında keçirilməsi planlaşdırılır”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Qırğızıstan Futbol İttifaqından bildiriblər.

...Sizi bilmirəm, amma mən bu dəfə böyük anşlaq olacağını istisna etmirəm.

Amma onu da deyim ki, oyunun keçirilməsi ilə bağlı sənədlər hələ imzalanmayıb, bu, Yeni ildən sonra olacağı ehtimal edilir.

Xatırladaq ki, sentyabrın 24-də Bişkekdə Qırğızıstan və Rusiya milli komandaları arasında futbol üzrə yoldaşlıq oyunu keçirilib. Rusiya yığması 2:1 hesabı ilə qalib gəlib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə