Marselodan “Qarabağ”la oyun haqda məyus paylaşım

Marselodan “Qarabağ”la oyun haqda məyus paylaşım

"Olimpiakos"un futbolçusu Marselo Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları matçdan sonra sosial şəbəkə hesablarında paylaşım edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, o, Yunanıstan klubunda rəsmi debüt etdiyi "Qarabağ"la görüş barədə yazıb: "Demək olar ki, 5 ay oynamadan sonra geri qayıtmaq asan deyil... Amma mən qayıdacağam. Lakin bəhanə yoxdur! Bu, mənim gözlədiyim debütüm deyildi. Əminəm ki, bundan sonra yaxşı olacaq".

Qeyd edək ki, Marselo "Qarabağ"la görüşün 60-cı dəqiqəsində Andreas Boxalikisin əvəzinə meydana daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com