"Komandamdan razı qaldım" - RƏŞAD SADIQOV

"Komandamdan razı qaldım" - RƏŞAD SADIQOV

"Bugünkü oyun çətin keçdi. Mən futbolçularıma da oyundan əvvəldə qeyd etmişdim ki, komanda qrupda son sıralarda olsa mübariz oyunçuları var". SİA xəbər verir ki, bu sözləri "Zirə" komandasının baş məşqçisi Rəşad Sadıqov "Zirə - "Şamaxı" matçından sonra keçirilən mətbuat konfransında qeyd edib.

Baş məşqçi qeyd edib ki, matçın ilk hissəsi ağır keçsə də, ikinci hissəsində gücləndik: "Komandamız 90 dəqiqə ərzində tamamilə mübarizə apardı. Onların sona qədər mübarizə aparması məni sevindirir. Məhz bu oyunda mən komandamdan tamamilə razı qaldım. "Şamaxı" komandasıda çox mübariz bir komandadır. Rəqib komandanın oyunun ilk dəqiqələrində qol şansıda var idi. Mən "Şamaxı" komandasının oyunlarını təhlil etdikdən sonra bu həftə ən çox bu oyuna görə narahatlıq keçirdirdim".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə