Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının əsas seçmə mərhələsində ilk oyununu keçirəcək. SİA-nın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda VI qrupdakı ilk matçında Polşanı qəbul edəcək.
Bakı İdman Sarayındakı qarşılaşma saat 20:00-da başlayacaq.
Görüşü Aslan Qalayevin başçılıq etdiyi qazaxıstanlı hakimlər idarə edəcək.
Polşa seçməsi ilk oyununda Yunanıstana qalib gəlib - 3:0.
Dünya çempionatı, seçmə mərhələ
7 oktyabr
20:00. Azərbaycan - Polşa
Baş hakim: Aslan Qalayev
Bakı İdman Sarayı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB