"Trabzonspor" uduzub, PSV "Sürix"i darmadağın edib

UEFA Avropa Liqasının qrup mərhələsində III tura start verilib. SİA-nın məlumatına görə, artıq 6 qrupda 8 qarşılaşma başa çatıb.

Türkiyə təmsilçilərindən "Trabzonspor" H qrupunda Fransanın "Monako" klubunun qonağı olub. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qara dəniz təmsilçisi 11-ci dəqiqədə azlıqda qalıb. Maksi Qomes birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

İngiltərə "Mançester Yunayted"i Kiprdə "Omoniya"nı məğlub edib. E qrupunun digər görüşündə "Şerif" Moldovada İspaniya "Real Sosyedad"ı ilə bacarmayıb.

A qrupunda "Sürix" İsveçrədə Niderland PSV-sinə böyük hesabla uduzub.

UEFA Avropa Liqası

Qrup mərhələsi, III tur

6 oktyabr

A qrupu

20:45. "Sürix" - PSV (Niderland) - 1:5

23:00. "Arsenal" (İngiltərə) - "Budö Qlimt" (Norveç)

Xal durumu: "Budö Qlimt" - 4 (2 oyuna), PSV - 4, "Arsenal" - 3, "Sürix" - 0 (2 oyuna)

C qrupu

20:45. HİK (Finlandiya) - "Lüdoqorets" (Bolqarıstan) - 1:1

23:00. "Roma" (İtaliya) - "Betis" (İspaniya)

Xal durumu: "Betis" - 6, "Roma" - 3, "Lüdoqorets" - 3, HİK - 0

D qrupu

20:45. "Malmö" - "Yunion" (Berlin, Almaniya) - 0:1

23:00. "Braqa" (Portuqaliya) - "Yunion" (Belçika)

Xal durumu: "Braqa" - 6, "Yunion" - 6, "Yunion" (Berlin) - 0, "Malmö" - 0

E qrupu

20:45. "Omoniya" (Kipr) - "Mançester Yunayted" (İngiltərə) - 2:3

20:45. "Şerif" (Moldova) - "Real Sosyedad" (İspaniya) - 0:0

Xal durumu: "Real Sosyedad" - 6, "Mançester Yunayted" - 3, "Şerif" - 3, "Omoniya" - 0

F qrupu

20:45. "Şturm" (Avstriya) - "Latsio" (İtaliya) - 0:0

23:00. "Midtüllan" (Danimarka) - "Feyenoord" (Niderland)

Xal durumu: "Feyenoord" - 3, "Midtüllan" - 3, "Latsio" - 3, "Şturm" - 3

H qrupu

20:45. "Srvena Zvezda" (Serbiya) - "Ferentsvaroş" (Macarıstan) - 4:1

20:45. "Monako" (Fransa) - "Trabzonspor" (Türkiyə) - 3:1

Xal durumu: "Ferentsvaroş" - 6, "Trabzonspor" - 3, "Monako" - 3, "Srvena Zvezda" - 0

Bütün xəbərlər Facebook səhifəmizdə