"Hər iki komanda üçün həlledici oyun olacaq" - FUTBOL MÜTƏXƏSİSSİ AÇIQLADI

“Bu gün keçirilən “Qarabağ” - “Olympiakos” oyunu hər iki komanda üçün həlledici oyun olacaq ”. Bu fikirləri SİA-ya açıqlamasında futbol üzrə mütəxəsiss Şahin Diniyev bildirib.

Futbol eksperti bildirib ki, hər iki komanda qrupdan çıxmaq istəyirsə mütləq qələbə qazanmalıdır: ““Qarabağ” komandası da qrupdan çıxmaq üçün bu gün həlledici oyunlarından birini keçirəcək. Mənim əldə etdiyim məlumata görə bugünkü gün “Olympiakos” komandasının daxilində ciddi problemlər var. Bu səbəbdən təxmini 14 futbolçu oyunda iştirak edə bilməyəcək. Lakin komandanın tərkibindəki oyunçular məncə kifayətdir. “Olympiakos” komandasında eyni zamanda baş məşqçi dəyişikliyi olub.

“Qarabağ” dəfələrlə sübut edib ki, belə oyunların üstəsindən layiqincə gələ bilir. Fikrimcə “Qarabağ” istər səfər, istərsə də, ev oyunlarında yüksək səviyyədə oyun nümayiş etdirir. Qeyd etmək istərdim ki, bu “Olympiakos” komandasının qrupdakı son şansıdır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə