Çempionlar Liqasında Dortmund "Borussiya"sının məğlubiyyəti La Liqada uğursuz başlayan "Sevilya"da son damla olub. SİA xəbər verir ki, 4:1 hesablı məğlubiyyətdən sonra baş məşqçi Xulen Lopeteqi ilə yollar ayrılıb.

Rəsmi açıqlamada Lopeteqinin müqaviləsinin qarşılıqlı ləğv edildiyi, ispaniyalı çalışdırıcının karyerasında uğurlar arzuladığı açıqlanıb. Lopeteqinin rəhbərliyi altında "Sevilya" bu mövsüm La Liqada 10 matçda cəmi 1 qələbə qazanıb. Lopeteqi 19-20 mövsümündə "Sevilya" ilə UEFA Avropa Liqasının qalibi olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə