Avstriyanın Mayrhofen şəhərində Avropa şahmat klub kuboku yarışı davam edir. SİA xəbər verir ki, oktyabrın 4-də ikinci turun oyunları keçirilib.
Ölkəmizi təmsil edən kişi şahmatçılardan ibarət "Vüqar Həşimov" komandası İsveçin “Stockholms” kollektivi ilə qarşılaşıb. Görüş “Vüqar Həşimov” komandasının 4,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb.
Qadınlardan ibarət "Odlar Yurdu" komandası Ukraynanın "Blue & Yellow" klubunu 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, "Vüqar Həşimov" komandası ilk turda İngiltərənin "Şarks", "Odlar Yurdu" isə Fransanın "Filidor" komandasına qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB